Bu gün I Liqaya vəsiqə uğrunda pley-off matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, Bayılda yerləşən "ASCO Arena"da yerləşən stadionda I Liqada 9-cu yeri tutmuş "Difai" (Ağsu) II Liqanın 4-cüsü "Hypers Guba" (Quba) ilə üz-üzə gəlib.
Oyun "Difai"nin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Ağsu təmsilçisindən qollara Xəyal Bədirov (15-ci dəq.), Ceyhun Muxtarlı (51-ci dəq.) və Fərid Kərimzadə (88-ci dəq.) imza atıb. "Hypers Guba"nın təsəlli qolunu isə 90+3-cü dəqiqədə İlqar Ələkbərov vurub.
Beləliklə, "Difai" I Liqada yerini qoruyub. "Hypers Guba" isə 2025/2026 mövsümündə yenə II Liqada mübarizə aparacaq.