"Qəbələ" klubu 11 aydan sonra ilk dəfə rəsmi matçda məğlub olub.

Offsideplus.az xəbər verir ki, Kaxaber Sxadadzenin yetirmələri bu gün I Liqanın XXII turunda səfərdə "İmişli"yə uduzublar. Oyunda yeganə qolu 7-ci dəqiqədə "İmişli"nin kapitanı Elmir Rəhimzadə penaltidən vurub.

Günün digər qaşılaşması Bakıda MOİK və "Karvan" arasında "sülh"lə nəticələnib.

"Qəbələ" uduzmayacağı təqdirdə, 5 tur öncədən çempionluğunu rəsmiləşdirəcəkdi. Hazırda qəbələlilərin 55, "Karvan"ı ikinci pillədən sıxışdıran "İmşili"nin isə 41 xalı var.

Xatırladaq ki, 2024/25 mövsümündə ilk dəfə uduzan Kaxaber Sxadadzenin komandası axırıncı dəfə ötən il mayın 25-də Premyer Liqanın axırıncı turu çərçivəsində "Sumqayıt"a məğlub olmuşdu.

I Liqa, XXII tur

MOİK - "Karvan" 1:1

"İmişli" - "Qəbələ" 1:0