Futbol üzrə I liqanın lideri "Qəbələ"nin cari mövsüm daha bir seriyası qırılıb. 

Offsideplus.az xəbər verir ki, Kaxaber Sxadadzenin yetirmələri bu çempionatda ilk dəfə qapısından 1-dən çox top buraxıblar.

Müdafiə xəttinin etibarlılığı ilə seçilən "Qəbələ" XIV turda "İmişli" ilə oyuna (2:1) qədər rəqiblərinə ümumiyyətlə fərqlənməyə imkan verməmişdi. Bu gün XVII tur çərçivəsində isə debütant "Cəbrayıl" gözlənilmədən qəbələliləri iki dəfə məyus edib. Buna baxmayaraq, "Cəbrayıl"dən yaxa qurtara bilməyib.

Turun sensasiyası isə İmişlidə qeydə alınıb. Eyniadlı komanda autsayder "Mingəçevir"ə uduzub. Yeni sponsorun gəlişindən sonra yüksəliş yaşayan mingəçevirlilər ardıcıl 3-cü qələbələrini qazanıblar.

Hazırda yarış cədvəlinin ilk 3 pilləsində "Qəbələ" (45 xal), "Karvan" (33 xal) və "İmişli" (30 xal) yer tutur.

I Liqa, XVII tur

"Cəbrayıl" - "Qəbələ" 2:3

"Karvan"  - "Zaqatala" 3:2

"İmişli" - "Mingəçevir" 0:1