Futbol üzrə Azərbaycan çempionatının I Liqasında XIV turun oyunlarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son matçlarında "Baku Sportinq" minimal hesablı qələbə qazanıb. Bu görüşdə hesabı "Qaradağ Lökbatan" açsa da, sonradan qapısından 3 top buraxıb. Son saniyələrdə vaxtilə yığmamızın da şərəfini qorumuş Araz Abdullayevin fərqlənməsi belə, qonaqları məğlubiyyətdən xilas etməyib.

"Zaqatala" isə doğma divarlar arasında autsayderə qalib gəlməyi bacarmayıb. "Baku Sportinq" - "Qaradağ Lökbatan" 3:2

İlkin Əliyev, 50; Orxan Fərəcov, 52; İsa Zeynallı, 58 (pen.) - Bahadur Həziyev, 20; Araz Abdullayev, 90+4

"Zaqatala" - "Difai" 1:1

Jan Pol Assamu, 45+3 - Fərid Kərimzadə, 90

Turnir cədvəli:

1. "Qəbələ" 36 xal

2. "Karvan" 29 xal

3. "İmişli" 24 xal

4. "Zaqatala" 21 xal

5. MOİK 20 xal

6. "Baku Sportinq" 18 xal

7. "Cəbrayıl" 15 xal

8. "Qaradağ Lökbatan" 12 xal

9. "Difai" 10 xal

10. "Mingəçevir" 8 xal