“Karvan” növbəti transferini gərçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi “Qarabağ”ın əvəzedici heyətindən İlham Hüseynovu transfer edib. 20 yaşlı futbolçu bölgə komandası ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
Qeyd edək ki, bu “Karvan”ın qış transfer pəncərəsində 2-ci transferidir. Daha öncə isə, gürcü əsilli azərbaycanlı Nika Çaçaşvili "Karvan"a keçmişdi.