1-ci Liqanın 6-cı turu çərçivəsində "Baku Sportinq" ilə "Qaradağ Lökbatan" arasında keçirilməsi planlaşdırılan matçın yeri dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti açıqlama verib.

Hava şəraitinin təsiri ilə “Baku Sportinq Arena”nın ot örtüyü yararsız hala düşdüyü üçün “Baku Sportinq” klubunun müraciəti və “Qaradağ Lökbatan” klubunun razılığı əsasında, Peşəkar Futbol Liqasının qərarı ilə “Baku Sportinq” və “Qaradağ Lökbatan” klubları arasında 1-ci və 2-ci dövrənin oyunlarının yeri dəyişdirilib.

Komandalar arasındakı 6-cı turun oyunu Lökbatan OİK stadionunda keçiriləcək. Oyunun günü və saatında hər hansı bir dəyişiklik edilməyib.