I Liqaya bu mövsüm vəsiqə qazanan "Baku Sportinq" iddialı heyət formalaşdırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi növbəti transferini həyata keçirib.

Bakı klubu iranlı forvard Şahin Balijani ilə anlaşıb. Hücumçu artıq ölkəmizə təşrif buyurub.

Qeyd edək ki, 33 yaşlı forvard ötən mövsümü Türkiyənin "Tuzlaspor" klubunda keçirib. Lakin heç bir oyunda meydana çıxmayıb.

Qeyd edək ki, Şahin Balijani ölkəmizdə "Sabah", "İnter", "Xəzər" (Bakı) kimi klublarda çıxış edib.