"İmişli"dən ayrılan İbrahim Əliyevin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, o, karyerasını Azərbaycan I Liqasında davam etdirəcək.

"Şəfa" onu heyətinə cəlb etdiyini açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İ. Əliyev yeni komandasının heyətində artıq qol hesabını da açıb. O, sabiq klubu "İmişli" ilə yoxlama oyununda fərqlənməyi bacarıb.