Ruslan Voronsovun yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu bundan sonra "Səbail"in uğurlar üçün çalışacaq.

Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Voronsov mövsümün ilk yarısını "Şahdağ-Qusar"da keçirib. O, burada 7 qola imza atıb.