"Borussia Dortmund"un ulduzu silah daşıdığı üçün cərimələndi.

Offsideplus.az 
xəbər verir ki, söhbət Karim Adeyemidən gedir. O, üzərində beşbarmaq və elektroşok silahı gəzdirdiyi üçün 450 min avro məbləğində cərimələnib.

23 yaşlı hücumçuya 7500 avroluq 60 hissə şəklində ödənmək üzrə ümumilikdə 450 min avro cərimə kəsilib.

Xəbərdə, həmçinin, bildirilib ki, hazırda Almaniya millisinin düşərgəsində olan Adeyemiyə Milli Komanda tərəfindən hər hansı bir sanksiya tətbiq olunmayacaq.