FIFA Rusiyanın "Lokomotiv" klubuna transfer qadağası qoyub.

Offsideplus.az xəbər verir ki, buna moskvalıların futbolçu Mark Mampassinin transferinə görə Ukraynanın "Mariupol" klubuna kompensasiya ödəməməsi səbəb olub.

Mübahisəli məsələnin təməli hələ 2022-ci ildə qoyulub. Həmin ilin yanvarında "Mariupol" rəhbərliyi 19 yaşlı müdafiəçinin keçidi üçün "Lokomotiv"dən 50 min ABŞ dolları kompensasiya tələb ediblər.

Lakin Rusiya klubu bu məbləği ödəməkdən imtina edib.

"Mariupol"un şikayətindən sonra FIFA "Lokomotiv"ə 3 transfer dövrü ərzində yeni oyunçuların qeydiyyatına qadağa qoyub.

Moskva təmsilçisi qeyd olunan məbləği ödəməyəcəyi təqdirdə, bu komanda heyətinə yalnız 2027-ci ilin qışında yeni futbolçu cəlb edə biləcək.