"Şamaxı" rəhbərliyi yarımmüdafiəçi Rauf Rüstəmli ilə yollarını ayırıb.

Offsideplus.az klubum mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə başa çatan icarə müqaviləsi uzadılmayıb.

Nəticədə perspektivli oyunçu məxsus olduğu "Sabah"a qayıdıb.

Qeyd edək ki, Rauf Rüstəmli ötən ay ilk dəfə Azərbaycanın əsas milli komandasının heyətinə çağırılıb. O, Macarıstanla Bakıda keçiriləcək yoldaşlıq görüşü üçün hazırda yığmanın düşərgəsindədir.