Misli Premyer Liqasını ötən mövsüm 8-ci pillədə başa vuran "Sumqayıt” klubu bir futbolçu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Rövlan Muradov "gənclik şəhəri" təmsilçisini tərk edib.
27 yaşlı futbolçu sosial şəbəkə hesabında "Sumqayıt"la vidalaşıb.
“Sumqayıt” ailəsindən hər kəsə salamlar, vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram”.
Onu da əlavə edək ki, 2023-cü ildən "Sumqayıt"ın şərəfini qoruyan R.Muradov 69 oyunda 6 qol vurub, 12 məhsuldar ötürmə verib.