Albaniyanın paytaxtı Tiranada təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarışın qalibi Portuqaliya yığması olub.
Kriştiano Ronaldunun həmyerliləri finalda fransız həmyaşıdlarını 3:0 hesabı ilə məğlub ediblər.
Bu komandalar qrup mərhələsində də mübarizə aparıblar və həmin matç qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, Avropa çempionatında azərbaycanlı FIFA referisi Kamal Umudlu bir neçə qarşılaşmanı idarə edib.