Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının azarkeş sayına görə tarixi rekord qeydə alınıb.
Offsideplus.az Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən 1/4 final mərhələsində yığmamızın İngiltərəyə qarşı matçını Milli Gimnastika Arenasında 7007 tamaşaçı izləyib.
Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Bundan əvvəlki rekord 2022-ci ildə Avropa çempionatına təsadüf edib. Slovakiyanın Koşitse şəhərində keçirilən qitə çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşünü 6513 nəfər izləyib.
Qeyd edək ki, Bakıdakı dünya çempionatına iyunun 1-də yekun vurulacaq.