Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Monteneqro - Tailand matçında kuryoz hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, oyunun əvvəlində Tailandın əvəzinə Ukraynanın himni səsləndirilib.

Səhvini anlayan təşkilatçılar bir neçə saniyə sonra himnin səsini azaldıblar, ardınca ümumiyyətlə musiqini dayandırıblar.

Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, bu, dünya çempionatında ilk nöqsan deyil. Yarışın açılış mərasimində də bəzi problemlər, gecikmələr yaşanmış, hətta Azərbaycan - Bəhreyn görüşü vaxtından gec başlanmışdı.