AFFA-nın sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva FIFA-nın seminarına qatılıb.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin Bruton şəhərində FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində 50 ölkədən olan federasiya nümayəndələrinin iştirak etdiyi tədbir uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda keçirilir.
Seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Mayın 23-dək davam edəcək tədbirdə K.Mustafayeva müxtəlif mövzularda fikir mübadiləsi aparır.
Onu da əlavə edək, K.Mustafayeva FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə ilə yekun vurulacaq.