Minifutbol üzrə dünya çempionatı ilə bağlı Bakıda "Fan Zona" yaradılıb.

Offsideplus.az xəbər verir ki, Dənizkənarı Bulvar ərazisində təşkil olunan zona bu gün fəaliyyətə başlayıb.

"Fan Zona"da müxtəlif əyləncəli oyunlarda iştirak etmək, çempionatın matçlarını canlı izləmək mümkündür.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı 21 may-1 iyun aralığında Milli Gimnastika Arenasında baş tutacaq.