Bu gün Paraqvayın paytaxtı Asunsyonda FIFA-nın 75-ci Konqresi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, dünyanın ən ali futbol qurumunun tədbirində Azərbaycan da təmsil olunacaq.
Konqresdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov iştirak edəcəklər.