Bu gün "Turan Tovuz" Futbol Akademiyasının yeni binasının açılışı olub.

Offsideplus.az xəbər verir ki, açılış mərasimində simvolik qırmızı lenti AFFA-nın baş katibi Cahangir Fərəcullayev və "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev kəsiblər.

Tədbirdə AFFA, PFL rəsmiləri, Tovuz futbol ictimaiyyətinin nümayəndələri, gənc futbolçular iştirak ediblər.

Qeyd eək ki, "Turan Tovuz"un Futbol Akademiyası FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunub və 2021-ci yanvarın 17-dən fəaliyyət göstərir.