Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın 4 cüdoçusuna Yay Olimpiya Oyunlarında iştirak etmək üçün dəvət göndərib.

Offsideplus.az xəbər verir ki, yerli qurum bu təklifə müsbət cavab verməyib.

Belə ki, Rusiya Cüdo Federasiyasının  prezidenti Sergey Soloveyçik bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün dəvət alan idmançılar Parisə getməyəcəklər.

Qurum rəhbəri hesab edir ki, yerdə qalan tatami ustalarına da oxşar təklif göndərilməli idi. 

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək təşkil olunacaq.