Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsi üzrə Polşa - Niderland oyunundan öncə Hamburqda xoşagəlməz hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, əlində balta və molotov kokteyli olan bir nəfər tərəfdarların keçdiyi bölgədə polisi təhdid edib. Polis həmin şəxsi əvvəlcə gözyaşardıcı qazla zərərsizləşdirməyə çalışıb, daha sonra isə havaya atəş açıb. Bu tədbirlərdən sonra sakitləşməyən adam polis tərəfindən ayağından güllələnib. Zərərsizləşdirilən şəxs dərhal xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam edir, polis azarkeşlərə hücum edənin hər hansı bir komandanın tərəfdarı olduğu ilə bağlı sübut tapa bilməyib.