2022-ci ilin fevral ayında FIFA və UEFA tərəfindən turnirlərdən kənarlaşdırılan Rusiya millisi uzun müddət sonra oyun keçirəcək.
Offsideplus.az xəbər verir ki, kollektiv sentyabrın sonunda Qırğızıstan seçməsi ilə yoldaşlıq oyununa çıxacaq. Matçın Bişkekdə oynanılacağı gözlənilir.
Qeyd edək ki, Rusiya millisi son oyununu 2021-ci ilin noyabrında DÇ-2022-nin seçmə matçında Xorvatiyaya keçirib. Komanda həmin oyunda 0:1 hesabı ilə uduzub.