FİFA Rusiya klubları ilə müqaviləsi olan əcnəbi futbolçu və məşqçilərlə bağlı yeni məlumat yayıb.

Offsideplus.az verir ki, onların 2023-cü il iyunun 30-dək müqavilələrini pozmaq hüququ olacaq.

FİFA Rusiyanın Ukrayna ilə müharibəsi ilə əlaqədar futbolçulara, klublara və məşqçilərə effektiv köməklik göstərmək üçün bu qərarın uzadılmasına qərar verib.

Xatırladaq ki, Rusiyanın milli komandaları və klubları Ukraynadakı müharibəyə görə FİFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.