Kiyev tərəfi danışıqlardan imtina etdikdən sonra bölmələr əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə məlumat verib.
"Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - deyə Konaşenkov bildirib.