Avstriya kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən ''Blau-Veiss Linz" - "Hartberq" matçında qorxulu dəqiqələr yaşanıb.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin 26 yaşlı hücumçusu Rafael Dvamenanın ürəyi dayanıb. Xəstəxanaya aparılan qanalı futbolçunun səhhəti bağlı hələ ki, rəsmi xəbər yoxdur.
Qeyd edək ki, Dvamena karyerası ərzində İsveçrənin "Sürix" və İspaniyanın "Levante", "Real Saraqosa" klublarının şərəfini qoruyub.