5 dünya, 11 qat Avropa çempionu Rafael Ağayev idmançı fəaliyyətini başa vuracağı tarixi açıqlayıb.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı karateçi 2025-ci ildə karyerasını bitirmək istəyir. Azərbaycanlı idmançı daha sonra öz məktəbini açmaq istədiyini bildirib:
"Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".
Qeyd edək ki, Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.