Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən Müharibəsi ilə bağlı Sərəncam imzalayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Respubllikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası ərazılərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş bir sıra hərbi qulluqçuların "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunmasına dair qərar verib.
Medalla təltif olunan əsgərlər arasında döyüşlərin qaynar vaxtında yaralanan Əzizov Daşqın Mehdi oğlu da var. Həmin Daşqın ki, cəbhəyə yollanana qədər uzun müddət saytımızın "yükünü çiyinlərində daşıyıb".
Daşqına tezliklə aramızda olmağı arzu edirik.