5-10 günə Ermənistanda idmançı qalmayacaq.
Sentyabrın 27-dən bu yana cəbhə bölgəsində leş olan erməni idmançıların sayı-hesabı yoxdu. Düşmən ölkədə elan olunan hərbi səfərbərliyə görə heç kimin adına və statusuna baxılmır. Hamı əlinə avtomat alıb, döyüşə getməlidir!
Azərbaycan Ordusunun qabağında isə düşmənin kim olmasının fərqi yoxdur - məhv olunmalıdır, vəssalam!
Offsideplus.az sport.am saytına istinadən xəbər verir ki, İndi Dadoyanlar ailəsi yas saxlayır. Gözlərinin ağı-qarası, gələcək üçün ümid yerləri sayılan Albert Dadoyan müharibədə tələf olub. Ağırlıqqaldırma üzrə dəfələrlə Avropa çempionu olmuş Albert Qarabağ torpaqlarında qanına qəltan edilib.