“Yuventus”un və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo torpaq sahəsi alıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu Lissabon Rivyerasında yerləşən 10 min kvadrat metrə yaxın sahə üçün 8 milyon avro ödəyib.

Kaşkayşadakı Kinta-da-Mariyada yerləşən ərazidə malikanənin tikintisinə başlanılıb. 

Qeyd edək ki, Ronaldo ötən il ailəsi üçün Lissabonun mərkəzində 7,5 milyon avroluq malikanə alıb.