Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində baş tutan "Arsenal" - PSJ oyunundan sonra Konor Makqreqorun meydana daxil olması klub rəhbərliyini narahat edib.

Offsideplus.az xəbər verir ki, irlandiyalı MMA çempionu matçın sonunda Bukayo Sakaya yaxınlaşıb və döyüş təqlidi edib. Bu futbolçunun həm gülməsinə, həm də biraz rahatsızlığına səbəb olub.

"The Times"ın məlumatına görə, Premyer Liqa təmsilçisi döyüşçünün stadiona girdiyini və oyunçu ilə necə təmas qurduğunu araşdırır. 

Klub rəhbərliyi gələcəkdə eyni halların təkrar yaşanmaması üçün meydana giriş protokollarını və mühafizə tədbirlərini gücləndirəcək.