“Yarışa çox yaxşı hazırlaşmışdıq”
Bunu Offsideplus.az saytına açıqlamasında III MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycanın yunan-Roma güləşçisi Elşad Abbasov deyib.
51 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbə təəssüratlarını bölüşüb: “Çox əziyyət çəkmişdik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Rəqiblər güclü olsa da, sona kimi dözüb, qalib gəldim. Bu qələbəyə görə, şəxsi məşqçimə və məşqçilər kollektivinə təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə Avropa, dünya, Olimpiada medalları qazanmaq da qismət olar”.
Qeyd edək ki, III MDB Oyunlarında Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) - gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medala sahib çıxıblar.



