İyulun 17-dən 20-dək Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri keçiriləcək.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilin son reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşçilərimiz təmsil edəcəklər.
BOK İdman Sarayında təşkil ediləcək turnirin ilk iki günündə sərbəst güləş üzrə millinin üzvləri xalçaya çıxacaqlar.
Baş məşqçi Xetaq Qazyumovla böyük məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov, Abubakr Abakarov (hər ikisi 92 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaqlar.
Yunan-Roma güləşçilərimiz növbəti 2 gündə çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Həsrət Cəfərov, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Ülvü Qənizadə (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) uğur qazanmağa çalışacaqlar.
Reytinq turnirində I dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.



