Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında Avropa çempionatına start verilib.
Offsideplus.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Bu gün Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb.
Qurban Məcnunov (48 kq) yarımfinala qədər irəliləyib. O, finalın bir addımlığında büdrəyib və sabah bürünc medal uğrunda güləşmək şansı qazanıb.
Ayxan Əsədli (55 kq) 1/4 final, Ramil Musayev (65 kq) isə 1/8 final səddini aşa bilməyib.
Yarımfinalda uduzan digər təmsilçimiz Nicat Yeylaqaliyev (80 kq) da sabah bürünc medal uğrunda çıxış edəcək.
Əvəzində Rihad İbrahimli (110 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. O, sabah həlledici qarşılaşmada bolqarıstanlı Denis Lazarovla üz-üzə gələcək.