Sabah Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi start götürəcək.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda bizim idmançılarımız da iştirak edəcəklər.

Belə ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubovla (90 kq) yanaşı, debütant Vüsal Əliyev (70 kq) çıxış edəcək.

Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaq.