Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 medal qazanıblar.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində ölkəmizi 17 yaşlıların mübarizəsində 4 idmançımız təmsil edib.

Həmyerlilərimizdən Ruslan Vəliyev (70 kq) və Nihad Süleymanlı (80 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələniblər.

Rəşid Nazarov (60 kq) yarışın bürünc medalına layiq görülüb.

70 kq çəki dərəcəsində çıxış edən daha bir güləşçimiz Ayxan Quliyev isə bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, milli komandamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıblar. Xal sıralamasında isə Azərbaycan 65 xalla 3-cü yeri tutub.