Sabah Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmə (U15, U17) və gənclər (U20) arasında Avropa çempionatına start veriləcək.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 4 idmançımız qüvvəsini sınayacaq.

Ölkəmiz yalnız U17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Nazarov (60 kq), Ayxan Quliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq) və Nihad Süleymanlı (80 kq) bacarığını göstərəcək.

İki gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.

Avropa çempionatında I-S dərəcəli azərbaycanlı hakim Sədi Quliyev ədaləti qoruyacaq.