ABŞ-ın yunan-Roma güləşi üzrə milli komandası Azərbaycana gəlib.
Offsideplus.az Azərbaycan Güləş Federasiyyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərdə məqsəd yığmamızla birgə təlim-məşq toplanışını keçməkdir.
Bu iki kollektiv bu gündən etibarən iyunun 6-dək Qubada hazırlıq prosesində olacaq.
Yunan-Roma güləşçilərimiz bir neçə gün öncə Vladiqafqaz toplanışını başa vurublar.
Yığmamızın növbəti hazırlıq mərhələsində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı (hamısı 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) iştirak edir.
Qubadakı təlim-məşq toplanışı 17-20 iyulda Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə, eləcə də 13-21 sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.