Bolqarıstanın Samakov şəhərində mayın 11-dən 17-dək yeniyetmələrin (U17) Avropa çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi yunan-Roma, qadın və sərbəst güləş üzrə milli komandalarımız təmsil edəcək. Yarışda yunan-Roma güləşçiləri Rafiq Hüseynovun, qadın güləşçilər Mariya Stadnikin, sərbəst güləşçilər isə Əsgərxan Novruzovun rəhbərliyi altında xalçaya çıxacaqlar.

"Samokov Arena"dakı görüşlərin gündüz seansı Bakı vaxtı ilə 11:30-da, axşam seansı isə 19:00-da start götürəcək. Avropa çempionatında həmçinin üç azərbaycanlı hakim - Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov da ədaləti qoruyacaq.

Yığmamızın heyətin belədir:

Yunan-Roma güləşi: Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq).

Qadın güləşi: Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcək.

Sərbəst güləş: Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq).