Yunan-Roma güləşi üzrə müxtəlif yaş qruplarından (gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr) ibarət yığma komandaların yeni məşqçilər heyəti müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, U-20 yığmasını Turac Hüseynliyə tapşırılıb. Onun rəhbərlik etdiyi korpusda Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi məşqçi kimi fəaliyyət göstərəcəklər.
U-17 milli komandasının böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər korpusunun digər üzvləri isə Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov olub.
Ən gənc qrupdan ibarət U-15 yığmasına isə Taleh Məmmədov rəhbərlik edəcək. Bu komandanın hazırlığında T.Məmmədova İlham Vəzirov, Azad Əliyev və Fuad Aydınlı kömək olacaqlar.



