Azərbaycanın qadın güləşçilərdən ibarət seçmə komandası Macarıstanda hazırlıq mərhələsinə start verib.
Offsideplus.az xəbər verir ki, Tatabanya şəhərində baş tutan bu təlim-məşq toplanışı geniş coğrafiyası ilə diqqət çəkir. Belə ki, hazırlıqlarda Yaponiya, Almaniya, Braziliya və Türkiyə daxil olmaqla ümumilikdə 11-dən çox ölkənin idmançıları bir araya gəlib.
Toplanışın əsas prioriteti güləşçilərin taktiki-texniki göstəricilərini təkmilləşdirməkdir. Məşqlər baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin nəzarəti altında keçirilir.
Heyətdə yer alan idmançılar:
-
50 kq: Əsmər Cankurtaran, Elnurə Məmmədova
-
53 kq: Nərgiz Səmədova
-
57 kq: Jalə Əliyeva
-
59 kq: Günay Qurbanova
-
62 kq: Ruzanna Məmmədova
-
68 kq: Birgül Soltanova
-
72 kq: Zəhra Kərimzadə
Fevralın 9-da başlayan hazırlıq prosesi ayın 21-nə qədər davam edəcək.


