Azərbaycanın gənc güləşçiləri (U-20) arasında keçirilən ölkə çempionatında daha 5 çəki dərəcəsi üzrə həlledici mərhələyə vəsiqə qazanan idmançılar bəlli olub.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 130 kq çəkilərdə gərgin mübarizə baş tutub.
Artıq 4 çəki dərəcəsində final cütlükləri formalaşıb. 87 kq çəki dərəcəsində isə qaliblər dairəvi sistem üzrə müəyyənləşib.
Çempionatın proqramına əsasən, bu çəkilərdə medal görüşləri sabah keçiriləcək. Final qarşılaşmaları aşağıdakı kimidir:
-
60 kq: Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)
-
67 kq: Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)
-
77 kq: Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)
-
130 kq: Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)


