Qadın güləşçilərdən ibarət yığma komandanın Bakıdakı təlim-məşq toplanışı davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası hazırlıq planına uyğun olaraq, milli komandanın üzvləri üçün praktiki məşğələ təşkil edib.

Seminarda çıxış edən Hakimlər Komitəsinin sədri, I-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) qaydalarda etdiyi son dəyişiklikləri idmançıların diqqətinə çatdırıb.

O, həmçinin güləşçilərin xalça üzərindəki hərəkətləri, hakimlərlə rəftar və etika qaydalarına əməl olunması barədə tapşırıqlarını verib.

Məlumat üçün bildirək ki, AGF tərəfindən həyata keçirilən bu növ maarifləndirmə tədbirləri gələcəkdə digər yaş qrupları üzrə yığma komandalar üçün də keçiriləcək.