"Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında sonuncu matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, onlar Bakıda "Ayaks"ın gənc komandasını qəbul edəcək.

Görüş "Azərsun Arena"da, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" əvvəlki 5 matçın hamısında məğlub olub. "Ayaks" isə 7 xalla 22-ci yerdədir.