La Liqa rəhbərliyi "Real" klubunun çempionatda mövsümün qalan oyunlarını akademiya bazasındakı "Di Stefano" stadionunda keçirilməsi istəyini qəbul edib.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin bu istəyinə səbəb isə liqada mövsümün qalan oyunlarının azarkeşsiz keçiriləcək olması və klubun əsas stadionunda yenidənqurma işlərinin aparılmasına fürsət yaranmasıdır.

Lakin, "kral klubu" bunun üçün bir sıra məsələləri həll etməli olacaq. Onlar həmin stadionda xüsusi VAR otağı yaratmalı, ot örtüyünü yenidən nəzərdən keçirməli, stadiona kameralar yerləşdirməli və reklam lövhələri üçün LED ekranlar quraşdırmalıdır.