Seneqallı ulduz futbolçu Sadio Mane həyatı boyunca yaşadığı çətinliklərdən danışaraq, futboldan qazandığı gəlirin bir hissəsini xalqına yardım məqsədilə istifadə etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Mane bildirib ki, uşaqlıqda ac qalıb, tarlalarda işləyib, müharibələrdən sağ çıxıb, ayaqqabısız futbol oynamış və təhsil ala bilməmişdi. Amma bu gün o, qazandıqları ilə cəmiyyətə dəstək verir:
“Məktəblər və bir xəstəxana tikdirdim; kəskin yoxsulluq içində yaşayan insanlara geyim, ayaqqabı və qida yardımı göstəririk. Həmçinin, Seneqaldakı çox yoxsul bir bölgədə hər adama ayda 70 avro verirəm. Gösterişli avtomobillər, lüks villalar, səyahətlər və hətta özəl təyyarələri nümayiş etdirməyə ehtiyacım yoxdur; həyatın mənə verdiklərindən xalqımın da bir pay almasını üstün tuturam.”
Mane bu açıqlaması ilə həm sosial məsuliyyətini, həm də şəxsi təvazökarlığını vurğulayıb.



