Kriştianu Ronaldunun əsas arzusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, futbolçu bu barədə dostuna bildirib.
Portuqaliyalı ulduzun yaxın çevrəsindən birinə bildirdiyi məlumata görə, onun son və ən böyük arzusu bir gün “Mançester Yunayted” klubunun sahibi olmaqdır.
İddialara əsasən, Ronaldu gələcəkdə “Old Trafford”a qayıdacağını düşünür, lakin bu dəfə futbolçu kimi yox, klubun sahibi qismində bunu edə bilər.
Ronaldu daha əvvəl iki dəfə “Mançester Yunayted”də çıxış edib və klub tarixinin ən parlaq oyunçularından biri hesab olunur. Onun bu arzusu futbol aləmində geniş müzakirələrə səbəb olub.



