Neymar "Santos"la müqaviləsini uzadıb.
Offsideplus.az xəbər verir ki, onun yeni sözləşməsinin müddəti dekabrın 31-nə qədərdir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, 2025-ci ilin yanvarında doğma klubuna qayıdıb.
33 yaşlı Neymar başa çatan mövsümdə 28 oyunda 11 qol vurmağı bacarıb.



