Fernando Musleranın karyerasını bitirəcəyi klub məlum olub.
Offsideplus.az xəbər verir ki, o, karyerasına başladığı "Montevideo Uonderers"də bitirməyi planlaşdırır.
Təcrübəli qolkiper ötən gün bu klubun bazasını ziyarət edib.
O, ziyarətində 2027-ci ildə buraya qayıdacağını bildirib.
Qeyd edək ki, Muslera hazırda Argentinanın "Estudiantes" klubunda çıxış edir.
Uruqvaylı qapıçı 2004-cü ildə "Montevideo Uonderes"də karyerasına başlayıb və burada 44 oyuna çıxıb. Onun futbolçuğunda əsas yeri isə "Qalatasaray" tutur.
Muslera 14 il Türkiyə nəhənginin formasını geyinib.



