Almaniyalı futbolçu Paskal Qross sabiq klubu "Brayton"a qayıdır.

Offsideplus.az xəbər verir ki, "qağayılar" onun keçidi üçün Dortmund "Borussiya"sı ilə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Keçidin qarşıdakı 48 saat ərzində tamamlanacağı gözlənilir.

Qross 2017-24-cü illər arasında "Brayton"da çıxış edib. O, ilyarıməvvəl buradan ayrılaraq "Borussiya"ya transfer olmuşdu.